“Qəbələ”nin rəqibi son dəqiqədə sevindi
30.11.2015 - 23:56
“Qəbələ”nin rəqibi son dəqiqədə sevindi

Rusiya birinciliyində XVII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alan “Krasnodar” “Rostov”la qarşılaşıb.

 

“Öküzlər” gərgin keçən matçın son dəqiqəsində vurduğu qolla qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıblar.

 

Rusiya Premyer Liqası

XVII tur

 

“Krasnodar” – “Rostov” – 2:1

Qollar: Mamaev, 86, Vanderson, 90+3 – Serdar Azmun, 88

0