[b]Rəşad Sadıqov: Əsas odu ki, məğlubiyyətdən qaça bildik[/b]
16.12.2015 - 20:50
[b]Rəşad Sadıqov: Əsas odu ki, məğlubiyyətdən qaça bildik[/b]

“Oyun haqda təəssüratlarım yüksəkdi. Çempionatda bəlkə də ən yaxşı oyunumuzu keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

 

Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt”la qarşılaşan “Qarabağ” növbəti xal itkisi ilə barışıb. Oyunun gedişində 2 cavabsız topla hesabda geri düşən Ağdam təmsilçisi son dəqiqələrdə məğlubiyyətdən qaça bilib.

 

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran komandanın kapitanı xal itirmələrinə rəğmən, yaxşı oynadıqlarını bildirib: “Biz qol epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə 2 xırda səhvimizdən maksimum yararlandı. Xal itirsək də, yaxşı oynadıq. 90 dəqiqə matçın sürətinin düşməsinə imkan vermədik. Yaxşı kombinasiyalar qurduq, təəssüf ki, istifadə edə bilmədik. Futbolda belə hallar da olur. Əsas odur ki, məğlubiyyətdən qaça bildik”.

 

Təcrübəli futbolçu ilin sonunun yaxınlaşdığını, bu amilin də oyunlarına təsir etdiyini gizlətməyib: “İlin sonudu, hər bir komandaya istirahət lazımdi. Dincəlmək bizə daha vacibdi. Amma oyunlar bitməyənə qədər dincəlmək haqda düşünmürük. Çünki bizi qarşıda “Qəbələ” ilə daha çətin oyun gözləyir. Hər şeyin yaxşı olması üçün əlimizdən gələni edəcəyik”.

 

Futbolçu yan-xətt hakimi ilə oyunboyu aralarında yaranan narazılığa da aydınlıq gətirdi: “Oyundu, belə hallar olur. Bir-iki epizodda foul yox idi, o bayrağını qaldırdı. Təbii ki, mən də etirazımı bildirdim”.   

0