[b]“Bu, təkrar olunmamalı idi” - Çingiz Hüseynzadə dopinq qalmaqalı haqda[/b]
17.12.2015 - 12:53
[b]“Bu, təkrar olunmamalı idi” - Çingiz Hüseynzadə dopinq qalmaqalı haqda[/b]

“İdmançılarımızda dopinq tapılması ilə bağlı məlumatı hələ yeni almışıq, müzakirə etməmişik. Milli Olimpiya Komitəsində anti-dopinq komissiyamız var. İdmançılar qayıtsınlar, mütəxəssislər baxacaqlar. Müzakirə edəndən sonra bir nəticə hasil olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti dopinq qalmaqalı ilə üzləşib. Məlum olduğu kimi, Silviya Angelovanın ardınca daha 2 idmançımız – Valentin Xristov və Elxan Əliquluzadə dopinq-testdə “ilişib”. İdmançılarımız B probu vermək məcburiyyətində qalıblar. Əgər ikinci analiz də müsbət nəticələnərsə, hər 3 atletimiz podiumdan ömürlük uzaqlaşdırılacaq.

 

Bununla bağlı danışan MOK rəsmisi məsələni araşdıracaqlarını söyləyib: “Bizim idmançılar ABŞ-da keçirilən dünya çempionatına getməzdən əvvəl dopinq analizlərini vermişdilər. Həmin vaxt cavablar təmiz çıxmışdı. Onlarda dopinq tapılması məsələsini müzakirə edib dəqiqləşdirməliyik. Anti-dopinq komissiyamızı yığıb iclas keçirəcəyik. Ora mütləq Ağır Atletika Federasiyasının nümayəndələrini də çağıracağıq. Bu işdə məsul olan şəxslərdən baş verənlərin səbəbini soruşacağıq. Bildiyiniz kimi, bir neçə il əvvəl də belə bir problem yaranmışdı. Bu, təkrar olunmamalı idi”.

0