“İnter”i təbrik edirəm. Bilirsiniz ki, heyətlə bağlı ciddi sıxıntılarımız var. Məcburiyyətdən dünən əvəzedicilərdə çıxış edən 2 oyunçunu oynatdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində baş tutan “İnter”lə oyundan sonra (0:2) matç haqqında fikirlərini açıqlayan çalışdırıcı bunları bildirib: “Fasilə yarandı, rəhbərliklə söhbətimiz olacaq. Elitada yerimizi qorumaq üçün 15 yeni oyunçuya ehtiyac duyuruq”.
- Qeyd etdiniz ki, rəhbərlik qərar verəcək. Bu futbolçularla oynamağı qərara alsalar, istefa verə bilərsiniz?
- İnanmıram ki, rəhbərlik belə qərar versin. Çünki bu, o deməkdi ki, 1-ci diviziona yuvarlanacağıq.
- 4-5 oyunçunun qala biləcəyini qeyd etdiniz. Adlarını çəkə bilərsiniz?
- Bunu siz məndən də yaxşı bilirsiniz.
- Yəqin ki, "Əhməd haradadı?" filminə baxmısınız. Həmin filmdən bir cümləni xatırlatmaq istərdim: “Bacı, itirə-itirə gedirsiniz”. Qorxmursunuz ki, yeni oyunçuları cəlb etmək bir yana, elitada çıxış etməyə layiq gördüyünüz 4-5 oyunçu da sıralarınızı tərk edə?
- Hər şey ola bilər. Bu gün 6-7 oyunçumuza təkliflər gəlib. Sadəcə, onların yayadək müqavilələri var. Rəhbərliyin necə qərar verəcəyindən asılıdı.
Mənbə: futbolinfo.az