[b]Topaz Premyer Liqası ən baxımsız çempionatlar arasında[/b]
22.12.2015 - 10:32
[b]Topaz Premyer Liqası ən baxımsız çempionatlar arasında[/b]

Dünyanın 262 müxtəlif liqasının məhsuldarlıq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqası ən az qol vurulan 19 çempionat arasındadı.

 

Mövsümün ilk yarısının 90 qarşılaşmasında 180 qolun vurulduğu çempionatımızda orta məhsuldarlıq 2-yə bərabərdi. Daha 2 liqa ilə eyni göstəriciyə malik Topaz Premyer Liqası cəmi 17 turnirdən öndədi.

 

Fil Dişi Sahilinin yüksək liqası və Misirin aşağı dəstələrindən birində də bu rəqəm 2-yə bərabərdi. Çempionatımızın arxada qoyduqları arasında isə sonuncu pillədə Qambiya Premyer Liqasıdı – 1,33.

 

Maraqlıdı ki, orta məhsuldarlığı 2,93 olan I divizionumuz 84-cü sırada yer alıb. Premyer Liqamız isə 263-265-ci yerləri bölür. Ən yüksək məhsuldarlıq isə Andorranın 2-ci liqasındaadı – 4,87.

0