[b]Zaur Svanadze 1 xala sevinir[/b]
13.02.2016 - 16:59
[b]Zaur Svanadze 1 xala sevinir[/b]

“Yaxşı çıxış etməsək də, xal qazana bildik. Qol vurmaq şanslarımız da az oldu”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XXI turunun açılış matçında AZAL-ın qonağı olan “İnter” qolsuz bərabərliklə kifayətlənib.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında çıxış edən gürcüstanlı mütəxəssis son görüşlərdə qol vura bilməmələrini hücumçu problemi ilə əlaqələndirib: “Bocumuza görə hücumçu da transfer edə bilmirik. Qış fasiləsində heyətdə müəyyən dəyişikliklər oldu. 9 oyunçu getdi və cəmi 3 futbolçu heyətə cəlb etdik. Bu isə komandaya mənfi təsir göstərir”.

0