[b]Elnarə Abbasovadan uğursuz çıxış [/b]
14.04.2016 - 10:04
[b]Elnarə Abbasovadan uğursuz çıxış [/b]

Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Rioya lisenziya xarakterli yarışın 4-cü günündə Azərbaycan millisinin daha bir idmançısı körpücük üzərinə çıxıb.

 

Lakin 63 kq çəki dərəcəsində gücünü yoxlayan Elnarə Abbasova ümidləri doğrultmayıb. Birdən qaldırma hərəkətində 79 kq, təkanla qaldırma 102 kq-lıq çəkini ram edən həmyerlimiz yekunda 15-ci yerdə qərarlaşıb. O, çempion olan rusiyalı Natalya Xlestkinadan (99 kq + 123 kq) 41 kq geri qalıb.

 

Qeyd edək ki, Avropa çempionatında hələlik bir qızıl medalımız var. Norveçdə Azərbaycan himnini Boyanka Kostova (58 kq) səsləndirib. Digər atletlərimizdən Elmar Alıyev (56 kq) 7-ci, Mərziyyə Məhərrəmova (48 kq) ilə Allahyar Abışov (62 kq) 11-ci və Gülçin Əlizadə (53 kq) 20-ci pillədə qərarlaşıb. Yarış isə aprelin 17-də başa çatacaq.

 

0