[b]“Real” və “Mançester Siti” hərəyə 2 itki ilə[/b]
04.05.2016 - 10:42
[b]“Real” və “Mançester Siti” hərəyə 2 itki ilə[/b]

Çempionlar Liqasının yarımfinal mərhələsində bu gün “Real”la qarşılaşacaq “Mançester Siti” matça iki ciddi itki ilə çıxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, David Silvadan sonra daha bir oyunçunun meydana çıxmayacağı dəqiqləşib.

 

Bu, zədə ucbatından ilk görüşü buraxan Yaya Turedi. Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi bu gün də komandasına kömək edə bilməyəcək.

 

Həmçinin “Real”ın da iki aparıcı oyunçusu görüşü buraxacaq. Zədəsini hələ də sağaltmayan hücumçu Kərim Benzemanı oyuna yetişdirmək mümkün olmayıb. Onunla yanaşı, baş məşqçi Zinəddin Zidanın əvəzedilməz oyunçularından birinə çevrilən Kasemiro da bu gün onun ixtiyarında olmayacaq. Əvəzində komandanın lideri Kriştianu Ronaldo meydandakı yerini ala biləcək. Zidan portuqaliyalının oyuna tam hazır olduğunu açıqlayıb.

 

Qeyd edək ki, “Real” – “Mançester Siti” görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasındakı ilk matçda qolsuz bərabərlik qeydə alınmışdı.

0