[b]“Hər şeydən razıyıq” – Avstriya millisinin çalışdırıcısı[/b]
04.05.2016 - 12:09
[b]“Hər şeydən razıyıq” – Avstriya millisinin çalışdırıcısı[/b]

“Burda bizi çox gözəl qarşıladılar. Hər şeydən razıyıq”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında Avstriya millisinin baş məşqçisi Andreas Heraf söyləyib.

 

Sabah komandasını Bosniya və Herseqovina ilə görüşə çıxaracaq Heraf mətbuat konfransında turnirlə bağlı fikirlərini açıqlayıb: “Turnirə gələn hər bir komanda burda uğur qazanmaq istəyir. Bizim də hədəfimiz mümkün qədər çox irəliləməkdi. Güclü qrupdayıq. Bizimlə yanaşı, Almaniya yığması qrupun favoritlərindəndi. Amma Ukrayna və Bosniya və Herseqovina yığmalarını da yüksək dəyərləndiririk. İlk məqsəd təbii ki, qrupdan çıxmaqdı”.

 

Qeyd edək ki, avstriyalıların yer aldıqları B qrupundakı digər rəqibləri Almaniya və Ukrayna milliləridi.

0