[b]Baş bəlası Makedoniya[/b]
30.05.2016 - 00:12
[b]Baş bəlası Makedoniya[/b]

Makedoniya millisi Azərbaycan yığması üçün ən uğursuz rəqiblərdən birinə çevrilib. Apasport.az saytının məlumatına görə, balkanlılarla 6-cı dəfə qarşılaşan komandamız 5-ci dəfə uduzub.

 

Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində alınan 1:3 hesablı yenilgiyədək rəqibi ilə cəmi 1 heç-heçə edən komandamız qapısına 4 qol vurduğu balkanlılardan 13 top buraxıb.

 

Makedoniya millisi yığmamızı 5 dəfə məğlub edən 7-ci komanda olub. Bunadək Türkiyə, Slovakiya, Polşa, Uels, Portuqaliya və Macarıstan da yığmamızı 5 qarşılaşmada üstələyib.

 

Bu göstəricidə rekord isə Finlandiyaya məxsusdu. Skandinaviyalılar komandamızı 7 dəfə məğlub edib.

0