[b]Avropa çempionatında ən yaxşı göstəricimiz - 40-cı yer[/b]
08.06.2016 - 10:42
[b]Avropa çempionatında ən yaxşı göstəricimiz - 40-cı yer[/b]

Rumıniyada qadın şahmatçılar arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 9 şahmatçı ilə qatılan Azərbaycan yığmasının heç bir üzvü mükafatçılar sırasına düşə bilməyib.

 

Həmyerlilərimizdən ən yaxşı nəticəni Aydan Höccətova göstərib. 11 görüşdən 6 xal toplayan şahmatçımız 40-cı olub.

 

Nərmin Kazımova (6 xal) 48-ci, Zeynəb Məmmədyarova 51-ci, Günay Məmmədzadə 53-cü, Türkan Məmmədyarova 54-cü, Gülnar Məmmədova 56-cı, Ülviyyə Fətəliyeva 59-cu, Xəyalə Abdulla 60-cı və Nərmin Xələfova (hamısı 5,5 xal) 62-ci pillədə qərarlaşıb. 

 

Avropa çempionu titulunu isə Anna Uşenina qazanıb. Ukraynalı şahmatçı 8,5 xalla qızıl medala yiyələnib. 

0