[b]AÇ-2016: Ronaldo Türam və Van der Sarı geridə qoydu[/b]
22.06.2016 - 20:38
[b]AÇ-2016: Ronaldo Türam və Van der Sarı geridə qoydu[/b]

Avropa çempionatının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutan Macarıstan – Portuqaliya matçına start heyətində başlayan Kristiano Ronaldo rekord yeniləyib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu bununla 17-ci dəfə qitə birinciliyi oyununda forma geyinib.

 

O, bu nəticə ilə hollandiyalı qapıçı Edvin van Der Sar və Fransa millisinin müdafiəçisi Lilian Türamı geridə qoyub..

 

Qeyd edək ki, karyerasında 4-cü Avropa çempionatında çıxış edən ulduz futbolçu əgər bu turnirdə fərqlənsə, ardıcıl 4 çempionatda qol vuran ilk oyunçu olacaq.

0