[b]Azərbaycan yığmasının məskunlaşacağı kənddə rekord - FOTOSESSİYA[/b]
24.06.2016 - 12:44
[b]Azərbaycan yığmasının məskunlaşacağı kənddə rekord - FOTOSESSİYA[/b]

Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında yeni rekord müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, avqustun 5-dən 21-dək baş tutacaq yarışın Olimpiya kəndi tarixə düşəcək.

 

Belə ki, Azərbaycan millisinin də məskunlaşacağı kənddə 30 mindən çox insan məskunlaşacaq. Bu say isə hələlik heç bir Oyunlarda qeydə alınmayıb.

 

Kəndə gələcək sakinlərin 17 min 950 nəfərini nümayəndə heyətləri – idmançılar, məşqçilər və texniki heyət təşkil edəcək. Orada onlara 13 minə yaxın insan isə qulluq edəcək.

 

Olimpiya kəndində 31 bina olacaq ki, onların da hər biri 17 mərtəbədi. Ümumilikdə qonaqların istifadəsinə 3 min 604 nömrədə 11 min 152 otaq veriləcək.

 

Kəndin yeni meri, Braziliya yığmasının heyətində dünya çempionu olmuş 47 yaşlı Janyet dus Santus Arkain bildirib ki, hər şey qonaqların ürəyincə olacaq. Burada bütün şəraitin yaradıldığını vurğulayan sabiq basketbolçu açılış mərasiminin iyulun 24-də olacağını açıqlayıb. 

0