[b]AÇ-2016: Serxio Ramosdan rekord[/b]
27.06.2016 - 20:56
[b]AÇ-2016: Serxio Ramosdan rekord[/b]

AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliya – İspaniya qarşılaşmasına start heyətində başlayan Serxio Ramos rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Real”ın müdafiəçisi “buğalar”ın heyətində Avropa çempionatında final mərhələsində ən çox forma geyinən oyunçu olub.

 

Bu gün 15-ci matçına çıxan vitse-kapitan 14 oyunla əvvəlki rekordun sahibi olan kapitan İker Kasillası geridə qoyub.

0