[b]Mourinyonun 25 milyonluq evində hadisə: Xadimə qışqırdı, oğru tutuldu[/b]
18.07.2016 - 12:34
[b]Mourinyonun 25 milyonluq evində hadisə: Xadimə qışqırdı, oğru tutuldu[/b]

“Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin Londonda 25 milyon funt sterlinqə aldığı evi qarət etmək istəyiblər.

 

Belə ki, AÇ-2016-nın Fransa ilə Portuqaliya arasında final matçını izlədiyi vaxt Mourinyonun evinə oğru girib. Oğru aşağı mərtəbədən evə daxil olub və təsadüfən geyimləri ütüləyən xidmətçi ilə üz-üzə gəlib. Xadimənin qışqırmasını görən 25 yaşlı gənc evdən qaçmağa cəhd edib. Lakin Mourinyonun mühafizəçiləri səsləməsi ilə oğru yaxalanıb.

 

Evin mühafizəçiləri Qabor Roman adlı cinayətkarı polisə təhvil verib. Böyük Britaniya mətbuatında yolla keçən və təsadüfən hadisənin şahidinə çevrilən vətəndaşlardan birinin fikirləri də yer alıb: “Mourinyo çaşqın vəziyyətdə idi. O, polislərin apardığı oğrunu pəncərədən xanımı ilə birlikdə izləyirdi. İnanmıram ki, bu gənc dünyanın ən məşhur məşqçisinin evinə girdiyindən xəbərdardı”.

 

 

0