[b]Qleb 4-cü dəfə BATE-də[/b] - FOTO
23.07.2016 - 12:46
[b]Qleb 4-cü dəfə BATE-də[/b] - FOTO

Belarus yığmasının futbolçusu Aleksandr Qleb yenidən doğma klubu BATE-yə qayıdıb. Apasport.az saytı xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasında 4-cü dəfə Borisov təmsilçisinin formasını geyinəcək.

 

Qlebin BATE ilə bu dəfə neçə ilə müqavilə bağladığı hələ açıqlanmayıb.

 

Qeyd edək ki, karyerası ərzində “Ştutqart”, “Arsenal”, “Barselona”, “Birmingem”, “Volfsburq”, “Krilya Sovetov” və “Konyaspor” klublarının da formasını geyinmiş Qlebin son iş yeri Türkiyə təmsilçisi “Gənclərbirliyi” olub. 2001-ci ildən Belarus yığmasına çağırılan xavbek millidə 72 oyunda 6 qola imza atıb.

0