[b]Əsas millinin futbolçuları U-21-də[/b]
22.08.2016 - 17:50
[b]Əsas millinin futbolçuları U-21-də[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə 27 oyunçuya dəvət göndərib.

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da “Dalğa Arena”da Farer adalarını qəbul edəcək komandamız avqustun 24-də Bakıda təlim-məşq toplanışına başlayacaq. Yalnız Avropa Liqasında mübarizə aparan “Qarabağ” və “Qəbələ”nin futbolçuları düşərgəyə avqustun 26-da, Dmitri Nağıyev 29-da, Budaq Nəsirov və Taşkın İltər 30-da, əsas milliyə dəvət olunmuş Namiq Ələsgərov və Mahir Mədətov isə sentyabrın 5-də qoşulacaqlar.

 

Dəvətlilər arasında ölkə xaricində çıxış edən 3 oyunçu var. Klubsuz qalmasına baxmayaraq, Elnur Cəfərov da U-21-in toplanışında iştirak edəcək.

 

Yığmanın heyəti: Rahil Məmmədov, Fəhmin Muradbəyli, Məqsəd İsayev (hamısı “Neftçi”), Namiq Ələsgərov, Mahir Mədətov, Şahrudin Məhəmmədəliyev (hamısı “Qarabağ”),  Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Elvin Camalov, Sadiq Quliyev (hamısı “Qəbələ”), Vüqar Mustafayev, Adil Nağıyev (hər ikisi “Zirə”), Tural Hümbətov, Ruslan Nəsirli, Kamal Mirzəyev, Rəşad Əzizli (hamısı AZAL), Fuad Bayramov, Taşkın Sərtan, Abbas Hüseynov (hamısı “İnter”), Azər Salahlı, Tərlan Əhmədli, Xəyal Nəcəfov (hamısı “Sumqayıt”), Orxan Əliyev (“Kəpəz”), Taşkın İltər (“Dənizlispor, Türkiyə), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Dmitri Nağıyev (“Dnepr”, Ukrayna), Elnur Cəfərov (klubsuz).

0