[b]Olimpiadanın 16 anı və ya Azərbaycan nə ilə fərqləndi?[/b]
23.08.2016 - 16:44
[b]Olimpiadanın 16 anı və ya Azərbaycan nə ilə fərqləndi?[/b]

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının ən yadda qalan 16 məqamı açıqlanıb. Apasport.az saytının məlumatına görə, tarixdə iz buraxacaq məqamlarda Azərbaycan yığmasının adı da hallanıb.

 

Yığmamız qazandığı 18 medalın yarısını eyni növdə qazanmaqla, Rio-2016-nın “11-liyi”nə daxil olub.

 

* ABŞ ardıcıl 2-ci, tarixində 17-ci dəfə medal sayında birinci oldu

 

* 3 ölkə tarixində ilk dəfə medal qazanıb. Fici yığması reqbi-7-də (kişilər), iordaniyalı Əhməd Abuqauş (68 kq) taekvondo yarışlarında, kosovalı Maylinda Kelmendi (52 kq) cüdoçuların mübarizəsində qızıl medal qazanıb.

 

* Qazandığı medalların ən azı yarısı (5 və daha çox) eyni növə təsadüf edən ölkələrin sayı 11 olub. Bu ölkələrdən biri Azərbaycandı. Yığmamız İran və Türkiyə kimi güləşdə uğur qazanıb. Kuba və Özbəkistan boksda, Yamayka, Keniya, Efiopiya atletikada, Tailandla KXDR ağırlıqqaldırmada, Malayziya badmintonda belə nailiyyət əldə edib.

 

* Böyük Britaniyalı Endi Marrey ardıcıl 2 dəfə çempionluğu bayram edən ilk tennisçi olub. 

 

* Yamaykalı atlet Useyn Bolt çempionluq sayını 9-a çatdırmaqla, atletikada ən çox Olimpiya qızılı qazanan idmançılara şərik olub. O, finlandiyalı Paavo Nurmi və amerikalı Karl Lyusa çatıb.

 

* Rioda 27 dünya rekordu qeydə alınıb. Üzgüçülük və ağırlıqqaldırmada hərəsində 8, velosiped idmanında 7, atletikada 3 və kamandan oxatmada 1 belə göstərici rəsmiləşib.

 

* Yalnız 1 idmançı Keti Ledeki 2 yarışda dünya rekordu müəyyənləşdirib.

 

* Efiopiyalı Almaz Aynasmaşed 23 illik dünya rekordunu qıraraq, 10 000 m məsafəyə qaçışda yeni nailiyyət əldə edib.

 

* Çinli U Minsya suyatullanmada ən çox Olimpiya çempionluğu yaşayan idmançı olub. O, Rioda 5-ci qızılını qazanmaqla bunu rəsmiləşdirib.

 

* Qadınlardan ibarət Böyük Britaniya velosiped yığması eyni yarışda 3 dəfə dünya rekordu vurub.

 

* XXXI Yay Olimpiya Oyunlarının gedişini dünya əhalisinin təxminən yarısı fəal şəkildə izləyib. Bu rəqəm 3,7 milyarda bərabərdi.

 

* Son 42 ildə ilk dəfə ABŞ yığması 116 medal qazanıb. Sonuncu dəfə daha yüksək rəqəmi amerikalılar Los-Anceles-1984-də əldə etmişdilər – 174 medal.

 

* Rio 2 böyük yubileylə əlamətdar olub. ABŞ tarixində 1000-ci qızılı və 2500-cü medalı qazanıb.

 

* Yaponiyalı gimnast Koxey Utimura son 44 ildə bu növdə ilk idmançı olub ki, ardıcıl 2 Olimpiadada qalib gəlib.

 

* 112 ildən sonra Olimpiya Oyunlarında qolf yarışları keçirilib və burada böyük britaniyalı Castin Rous qalib gəlib.

 

* Rio-2016-nın ən yaşlı iştirakçısı yeni zelandiyalı Culi Bruem olub.

 

 

0