[b]Niyaməddin Paşayev: Şükürlər olsun ki...[/b]
24.08.2016 - 11:07
[b]Niyaməddin Paşayev: Şükürlər olsun ki...[/b]

“Rio Olimpiadasına taekvondo komandası olaraq, 4 idmançı ilə yollanıb 3 medal qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

 

Dünya çempionumuz idmançılarımızın Rio-2016-dakı çıxışını şərh edib. O bildirib ki, Olimpiadalarda ilk medalları qazandıqları üçün sevinclidi: “İdmançılarımızın bu uğuruna görə, başda prezidentimiz İlham Əliyev, Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov olmaqla, bütün xalqımızı təbrik edirəm. Federasiya olaraq indiyə kimi 3 olimpiya oyununda iştirak edib, medal qazana bilməmişdik. Şükürlər olsun ki, bu dəfə 4 idmançı ilə 3 medal qazandıq. 1 qızıl, 2 bürünc medalla Vətənə döndük”.

 

Qeyd edək ki, taekvondoçularımızdan Radik İsayev Azərbaycan yığmasına yeganə qızıl medalı qazandırdığı halda, Patimat Abakarova və Milad Beiqi Harçeqani 3-cü yeri tutublar. 

0