[b]Zenitsada 2 “azərbaycanlı” üz-üzə[/b]
29.08.2016 - 15:39
[b]Zenitsada 2 “azərbaycanlı” üz-üzə[/b]

Topaz Premyer Liqasında çıxış edən daha 2 futbolçu öz milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, bunlar İbrahim Şehiç və Sergey Zenyovdu.

 

“Qarabağ”ın qapıçısı Bosniya və Herseqovina, “Qəbələ”nin yarımmüdafiəçisi isə Estoniya yığmasına dəvət olunub. Maraqlısı burasındadı ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk oyunda məhz Bosniya və Herseqovina ilə Estoniya yığmaları üz-üzə gələcəklər. Sentyabrın 6-da Zenitsa şəhərində baş tutacaq qarşılaşmada Azərbaycan çempionatının iştirakçıları üz-üzə gələ bilərlər.

 

Qeyd edək ki, Estoniya millisi bundan öncə avqustun 31-də yoldaşlıq görüşü çərçivəsində Malta ilə qarşılaşacaq.

0