[b]Rio-2016: Azərbaycan üçün 8-ci “gümüş”[/b]
18.09.2016 - 15:17
[b]Rio-2016: Azərbaycan üçün 8-ci “gümüş”[/b]

Rio-2016 Yay Paralimpiya Oyunlarında millimiz daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə də mükafatın əyarı gümüş olub.

 

Atletika yarışlarında nizəatma növündə mübarizə aparan İradə Əliyeva sadəcə bir nəfərdən geri qalıb.

 

O, finalda 42.58 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

 

Qeyd edək ki, Azərbaycan Paralimpiya millisi Rioda 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanıb.

0