[b]Ronaldonun təyyarəsi Barselonada qəzaya uğradı[/b]
29.09.2016 - 16:40
[b]Ronaldonun təyyarəsi Barselonada qəzaya uğradı[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldonun şəxsi təyyarəsi qəzaya uğrayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qəza Barselona şəhərinin hava limanında baş verib.

 

Məlum hadisə 15 milyon funt-sterlinq dəyərində olan “Gulfstream G200” təyyarəsinin aeroporta enişi zamanı yaşanıb. Qəzaya şassi sistemindəki nasazlıq səbəb olub.

 

Qəza vaxtı heç kim xəsarət almayıb. Ronaldonun özü isə həmin vaxt təyyarədə olmayıb.

0