[b]“Məğlubiyyət haqda düşünmürük” – Stelios Malezas[/b]
19.10.2016 - 19:35
[b]“Məğlubiyyət haqda düşünmürük” – Stelios Malezas[/b]

“Son qələbədən sonra komandada ruh yüksəkliyi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri PAOK klubunun futbolçusu Stelios Malezas deyib.

 

Yunanıstan təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.

 

Bu gün keçirilən mətbuat konfransında iştirak edən PAOK-un vitse-kapitanı “Qarabağ”la qarşılaşma barədə fikirlərini bölüşüb: “Vəziyyətimiz yaxşıdı. “Qarabağ”la matçda da yaxşı nəticəni davam etdirmək istəyirik. Bunu bacarsaq, növbəti oyunlara da yüksək motivasiya ilə çıxacağıq”.

 

Malezas meydana qələbə üçün çıxacaqlarını əlavə edib: “Qələbə qazanmaq fikrindəyik. Bilirik ki, “Qarabağ” da qalib gəlmək istəyir. Amma PAOK meydana çıxanda həmişə əlindən gələni edir. Məğlubiyyət haqda düşünmürük”.

 

Təcrübəli futbolçu komanda yoldaşı Fakundo Pereyradan “Qarabağ” barədə məlumat aldıqlarını deyib: “Pereyra ilə həm “Qarabağ”, həm də ölkə haqda danışmışıq. Müsbət fikirdədi. Təəssüratlarını bizimlə bölüşüb”.

0