[b]Gəncədə hesab açılmadı - YENİLƏNİB[/b]
23.10.2016 - 17:05
[b]Gəncədə hesab açılmadı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında IX tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə bir matç baş tutub.

 

Turnir cədvəlinin ilk yarısında qarşılaşmış 4 komandadan ikisinin üz-üzə gəldiyi matçda hesab açılmayıb. Mövsümün məğlub olmayan iki komandasından biri olan "İnter" bu seriyasını səfərdə də davam etdirib.

 

"Kəpəz"in də ev oyunlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılmayıb. 

 

Topaz Premyer Liqası

IX tur

23 oktyabr (bazar)


“Kəpəz” – “İnter” - 0:0

 

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
I dövrədəki oyun: 2:2

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13.Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 9. Tural Qürbətov, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 14. Fərid Məmmədov, 99. Əli Səmədov, 17. Nicat Qurbanov, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev

 

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 2. Sərtan Taşqın, 10. Elnur Abdullayev, 15. Ruslan Abışov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze

 

Turnir cədvəli

 

1

Qəbələ

8

6

2

0

20-1

20

2

İnter

9

4

5

0

13-8

17

3

Qarabağ

8

5

1

2

18-5

16

4

Kəpəz

9

2

5

2

7-8

11

5

Zirə

8

3

1

4

7-9

10

6

Sumqayıt

8

2

2

4

6-12

8

7

Neftçi

8

2

0

6

6-18

6

8

AZAL

8

0

2

6

3-19

2

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7

0