[b]“Analoq”u olmayan Azərbaycan çempionatı: 5-ci klubun adı bilinmir[/b]
15.11.2016 - 18:37
[b]“Analoq”u olmayan Azərbaycan çempionatı: 5-ci klubun adı bilinmir[/b]

Azərbaycan Voleybol Federasiyası daha bir qeyri-peşəkar addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, avrokuboklara qatılmaq üçün Super Liqaya 5-ci komandanı “qoşan” qurum klubun adını hələ dəqiq bilmir.


Belə ki, öncə “Tbilisi” adı açıqlansa da, sonradan Gürcüstan təmsilçisi kimi qeyd olundu. Qonaqların gəlişi dəqiqləşdikdən sonra isə sadəcə Gürcüstan kimi təqdim edildi. Bunun yığma və ya klub olacağını isə hələlik bilən yoxdu. Bu azmış kimi, onların birinci dövrədən təxirə salınan hər bir matçı 1 tur kimi dəyərləndirilib.


Qeyd edək ki, qonşu ölkə təmsilçilər dekabrın 25-də yeni mövsümün ilk matçına çıxacaqlar. Onlar ardıcıl 4 qarşılaşmadan sonra vətənlərinə qayıdacaqlar.

 

25 dekabr

17:00

Lokomotiv - Gürcüstan

Voleybol Mərkəzi

7-ci тур

26 dekabr

17:00

Azəryol - Gürcüstan

Voleybol Mərkəzi

8-ci tur

27 dekabr

17:00

Telekom - Gürcüstan

Gənclik Olimpiya Kompleksi

9-cu tur

28 dekabr

17:00

Azərreyl - Gürcüstan

Voleybol Mərkəzi

10-cu tur

 

 

0