[b]AVF Marçello Abbondanza ilə bağlı məsələyə aydınlıq gətirdi[/b]
29.11.2016 - 15:23
[b]AVF Marçello Abbondanza ilə bağlı məsələyə aydınlıq gətirdi[/b]

Azərbaycan Voleybol Federasiyası (AVF) italiyalı Marçello Abbondanzanın yığmamızdan imtina xəbərinə münasibət bildirib. Qurumdan apasport.az saytına verilə məlumata görə, onlar hazırda “Fənərbaxça”nı çalışdıran mütəxəssislə danışıq aparmayıblar.

 

AVF yaydığı açıqlamada bildirib ki, bütün bunlar şaiyədi və hələlik heç kimlə masa arxasına oturmayıblar: “Bunu üçün qarşıda vaxt var. Yəni konkret deyilməyib ki, yaxın günlərdə baş məşqçinin adına aydınlıq gələcək. Əgər hansısa namizəd olarsa, bu bərədə məlumat veriləcək”.

 

Qeyd edək ki, mətbuatda Abbondanzanın yığmamızdan imtina etdiyi vurğulanır. 

0