[b]“Həyat davam edir” - Elman Sultanov[/b]
03.12.2016 - 18:59
[b]“Həyat davam edir” - Elman Sultanov[/b]

“Biz təzə komandayıq. Mübarizəyə I divizionda başlamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Səbail”in baş məşqçisi Elman Sultanova məxsusdu.

 

I Divizion təmsilçisi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olub və darmadağına məruz qalıb – 0:5. Bununla da aşağı dəstə təmsilçisi mübarizəni dayandırıb.

 

Görüşdən sonra keçirilən mətbuat konfransında Sultanov fikrini bu sözlərlə davam etdirib: “Bu, bizim üçün yeni yoldu. “Qarabağ” hazırda Azərbaycan futbolunda liderdi. 0:5 hesabı ilə məğlub olsaq da, həyat davam edir. Futbolda hər şey olur”.

 

- Bu oyun həm də Premyer Liqa ilə I divizion arasındakı fərqi göstərmədi?

- Bəli, çox fərq var. Məsələn, bu gün AZAL I divizion təmsilçilərindən çox fərqlənmir. I divizionda “Zaqatala” kimi yaxşı komanda var. Həmçinin “Turan Tovuz” da güclüdü.

 

- Hesabın belə böyük olacağını gözləyirdiz?

- Xeyr, gözləmirdim.

0