[b]“Neftçi” də uduzarmış…[/b]
26.12.2016 - 16:39
[b]“Neftçi” də uduzarmış…[/b]

Kişi voleybolçular arasında Azərbaycan çempionatında II dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən X tur gözlənilməz nəticə ilə yadda qalıb.

 

Belə ki, ilk 9 oyunda cəmi 2 hissədə uduzan “Neftçi” bu dəfə məğlubiyyətə üzülüb. “Ağ-qaralar” I dövrədə tay-brekdə qalib gəldikləri “Lokomotiv”lə bacarmayıblar – 2:3. Bununla da çempionatda uduzmayan komanda qalmayıb.

 

Turun digər matçında “Naxçıvan”a qalib gələn MOİK 3-cü pillədəki yerini möhkəmlədib. “Nəqliyyatçı” da “Sumqayıt”ı məğlub etməklə ən yaxın izləyicisini 8 xal geridə qoyub.

 

X tur

“Sumqayıt” – “Nəqliyyatçı” – 0:3 (23:28; 14:25; 21:25)

 

“Lokomotiv” – “Neftçi” – 3:2 (23:25; 21:25, 25:21; 25:28; 15:13)

“Naxçıvan” – MOİK – 0:3 (15:25; 18:25; 20:25) 

 

 

 

O

Q

M

S

X

1

“Neftçi”

10

9

1

29-5

28

2

“Lokomotiv”

10

9

1

28-6

26

3

MOİK

10

5

5

16-20

16

4

“Naxçıvan”

10

4

6

17-22

12

5

“Nəqliyyatçı”

10

2

8

11-24

8

6

“Sumqayıt”

10

0

10

0-30

0

 

 

0