[b]"Telekom" yenə uduzdu - YENİLƏNİB[/b]
10.01.2017 - 18:16
[b]"Telekom" yenə uduzdu - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında II turun matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, Bakının “Telekom” klubu ilin ilk matçında Polşanın “Ximik” klubunu qəbul edib.

 

Çempionlar Liqasında hələ evdə qələbə qazanmayan komanda sindromu qırmağa çalışsa da, bunu reallaşdıra bilməyib. Zoran Qayiçin yetirmələri 0:3 hesablı məğlubiyyətə üzülüblər.

 

Belə ki, matç komandamız üçün heç də uğurlu başlamayıb. İlk hissənin hər 2 texniki fasiləsinə geridə yollanan voleybolçularımız yekunda 9 xal fərqi ilə uduzublar.

 

İkinci set də təmsilçimiz üçün çətin alınıb. Düzdü, hissənin sonlarında “Telekom” oyununda dönüş yaradıb. Lakin bu yalnız xal fərqini azaltmaq üçün kifayət edib – 21:25.

 

Üçüncü hissə isə sonuncu olub. Bu dəfə də Polşa çempionuna lazımı müqavimət göstərə bilməyən Bakı klubu bir set belə qazana bilməyib – 0:3.

 

Beləliklə, 2 görüşdən sonra aktivində xalı olmayan “Telekom” qrupda sonuncu pillədən yaxa qurtara bilməyib.

 

Çempionlar Liqası

II tur

10 yanvar

“Telekom” (Azərbaycan) – “Ximik” (Polşa) - 0:3 (16:25; 21:25; 20:25)

Hakimlər: Filip Şurmann (Lixtenşteyn), Pol Katalin Sabo-Aleksi (Rumıniya)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

Konegliano (İtaliya)

1

1

0

3-0

81-65

3

Modena (İtaliya)

1

1

0

3-1

100-86

3

Ximik (Polşa)

2

1

1

4-3

161-157

3

Telekom (Azərbaycan)

2

0 2

0-6

140-165

0

 

Qeyd edək ki, avrokubokda yeganə qələbəsini Polşa “İmpel”i üzərində qazanan Super Liqanın vitse-çempionu həmin vaxt uğura rəqib meydanında imza atmışdı.

 

0