SİZİN REKLAM BURADA

“Bakının təşkilatçılığını təkrarlamaq çətin olacaq” – AOK-un icraçı prezidenti

Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç ölkəmizdə səfərdədi. Apasport.az saytının məlumatına görə, bu gün onun Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında mətbuat konfransı təşkil edilib.

 

Kosiyançiç öncə ötən il ölkəmizdə keçirilən yarışlarla bağlı təəssüratlarını bölüşüb: “Möhtəşəm Avropa Oyunlarından və “Formula-1” yarışlarından sonra burda olmaq gözəldi. Biz həmişə Azərbaycanda mötəbər tədbirlərin keçirilməsini gözləyirik. Qeyd etmək istəyirəm ki, I Avropa Oyunları ölkənizdə möhtəşəm şəkildə təşkil edildi. Belə tədbirlər sizin əhalinin, cavan nəslin və peşəkarların köməyi ilə baş tutur. Bu Oyunlar Azərbaycanın gələcəyi üçün böyük investisiya təşkil edir. Həmçinin Rio-de-Janeyrodakı uğurlu nəticələri özündə əks etdirir. Azərbaycan son Olimpiadada 18 medal qazanmışdı və inanıram ki, gələcəkdə medal sayı bundan da çox olacaq. Biz II Avropa Oyunlarını 2019-cu ildə Belarusda keçirməyi qərara almışıq. İnanıram ki, belaruslu dostlarımız Azərbaycanın təcrübəsindən yararlanacaq. Bu səbəbdən 2019-cu ildə yeniyetmələrin Avropa Oyunlarını Azərbaycanda keçirməyi qərara almışıq”.

 

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- II Avropa Oyunlarının təşkilatçılığı üçün çox namizəd yox idi. Ümumiyyətlə, Avropa Oyunlarının gələcəyini necə görürsünüz?

- Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə yenilik etdi. Tam əminliklə demək olmaz ki, Belarus da bu səviyyədə təşkilatçılıq edəcək. Bu yarış 2020 Tokio Yay Oyunlarına hazırlıq xarakteri daşıyır. Avropa Atletika Federasiyası ilə razılaşdırmışıq ki, bütün güclü atletlər Belarusdakı yarışa qatılacaq. 12-14 idman növündə idmançılar iştirak edəcək. Amma təkliflər var ki, yarış 26 idman növü üzrə keçirilsin. Əsasən Tokio-2020-də keçiriləcək Olimpiya idman növlərinə üstünlük verəcəyik.

 

- Belarus Avropa Oyunlarına təxminən 49 milyon dollar pul ayırıb. Bizdə isə 1 milyarda yaxın xərc çəkilmişdi. Bu, Belarusun yarışa diqqətsizliyindən qaynaqlanır?

- Xeyr. Belarus yarışa ciddi hazırlaşır. Amma bəzi fərqli vəziyyətlər var. Məsələn, Belarusda kifayət qədər hazır idman kompleksləri var. Azərbaycanda isə vəziyyət belə deyildi. Belarusda sponsorlardan, marketinqdən, media və TV haqlarından da istifadə edəcəyik. Amma Bakının möhtəşəm təşkilatçılığını təkrarlamaq çətin olacaq. Azərbaycan tərəfindən yatırılan pullar gələcəyə töhfə verəcək.

 

- 2019-cu ildə Azərbaycanda təşkil ediləcək yeniyetmələr arasında Avropa Oyunları barədə ətraflı məlumat verə biləsinizmi?

- Gənclər üçün olimpiya festivallarının 25 ili tamam olur. Bu festival bu il Macarıstanda təşkil ediləcək. Biz gözləyirik ki, 50 Avropa və 50 dünya Olimpiya Komitəsinin üzvləri bu Oyunlarda iştirak edəcək. Hazırda dəqiq rəqəm demək çox çətindi. Təxmini deyə bilərəm ki, bu festivala 4000 iştirakçı qatılacaq.

 

- III Avropa Oyunlarının hansı ölkədə keçirilməsi ilə bağlı plan varmı?

- Bu məlumatı sizə verməyim düzgün olmaz. Amma bir neçə ölkə indidən öz namizədliyini verib. İnanıram ki, getdikcə namizədlərin sayı artacaq. Avropada 60-dan çox şəhər var ki, Avropa Oyunlarına ev sahibliyi edə bilər.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 13 11 1 1 23-6 34

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 13 4 1 8 9-19 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10