[b]Əfsanə stadionu oğurladılar[/b]
11.01.2017 - 18:17
[b]Əfsanə stadionu oğurladılar[/b]

Braziliyanın “Marakana” stadionunda oğurluq hadisəsi baş verib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Braziliya Futbol Federasiyasının Rio-de-Janeyro şəhərindəki nümayəndəliyi yayıb.

 

Məlumatda bildirilir ki, ötən ilin yayında keçirilən Yay Olimpiya Oyunlarından sonra bu arenaya heç kim ayaq basmayıb. İndi isə məlum olub ki, bu boşluqdan yararlanan quldurlar stadionda oğurluq hadisəsi törədiblər. Belə ki, divar və tavanlardakı kabellər, stadionun içindəki tablolar, yanğınsöndürmə cihazları və bir neçə məşhur simanın büstü də daxil olmaqla, bəzi əşyalar oğurlanıb. Quldurların pəncərələri qıraraq stadiona girdikləri açıqlanıb.

 

Federasiya rəsmiləri daha böyük zərərin qarşısının alınması üçün indidən tədbir görməyin vacibliyini vurğulayıblar. Bu üzdən federasiya şəhərin klubları və Riodakı nümayəndələrini təcili iclasa çağırıb.

 

Qeyd edək ki, yaxın vaxtlara qədər Braziliyanın dörd böyük klubu – “Botafoqo”, “Flamenqo”, “Fluminense” və “Vasko da Qama” ev oyunlarını “Marakana” stadionunda keçiriblər.

0