[b]Yığmamızın legioneri bombardirlik iddiasında[/b]
18.01.2017 - 11:42
[b]Yığmamızın legioneri bombardirlik iddiasında[/b]

Azərbaycan millisinin futbolçusu Doğukan Öksuz Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin bombardirləri yarışında 2-ci pilləyə şərik olub. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz Sankt-Peterburdakı qollarının sayını 3-ə çatdırıb.

 

Ardıcıl iki oyundu meydanı qolsuz tərk etməyən Doğukan iranlı Yunes Delfifən bir top geri qalır. Belarusla son matçda məhsuldarlıq nümayiş etdirsə, futbolçumuz liderə şərik olacaq.

 

Təbii ki, bunun üçün onun son oyun günündə iranlı ilə müqayisədə daha məhsuldar olması lazımdı. Amma hazırda legionerimiz qədər qol vuran futbolçular da bu ada iddialıdı.

 

Hesabında 3 qol olan 5 futbolçudan 4-ü rusiyalıdı ki, onların hərəsinin iki oyunu qalıb. Ruslan Kazakov Sankt-Peterburq, Dmitri Sıpçenko, Aleksandr Rudenko və Maksim Qluşenkov Rusiya yığmasında 3 qol vurub.

 

Qeyd edək ki, millimiz Belarusla yanvarın 20-də qarşılaşacaq.

 

0