[b]“İkinci hissədə artırmağa başladıq” – Zaur Svanadze[/b]
19.01.2017 - 00:01
[b]“İkinci hissədə artırmağa başladıq” – Zaur Svanadze[/b]

“Bu gün güclü rəqibə qarşı yaxşı oyun keçirdik. Rəqib sürətli oynayırdı, birinci hissədə bizə bir az çətin oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Bu gün Türkiyə toplanışı çərçivəsində keçirilən “Botoşani” - “İnter” matçından sonra gürcü çalışdırıcı fikirlərini açıqlayıb: “İnter”in realiziyalarında problemləri oldu, lakin ikinci hissədə artırmağa və sürətli oynamağa başladıq. Oyun sərt keçdi. Yaxşı yoxlama oyunu alındı. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı. Yaxşı qol vurduq, lakin təəssüf ki, “rikoşet”dən qol buraxdıq. Ümumilikdə yaxşı oyun alındı, komandadan razı qaldım”.

0