[b]"Telekom" yenə uduzdu - YENİLƏNİB[/b]
08.02.2017 - 18:49
[b]"Telekom" yenə uduzdu - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan “Telekom” IV tur çərçivəsində İtaliyanın “Modena” klubunu qəbul edib.

 

Matç komandamız üçün yaxşı başlamayıb. Oyunun ilk dəqiqələrindən hücuma atılan rəqib ilk hissəni hesabına yazıb. Bu məğlubiyyət Zoran Qayiçin komandasını “yuxudan ayıldıb”. İkinci hissənin gedişində 9 top öndə olan voleybolçularımız yekunda 2 xal fərqi ilə olsa da, qalib gəlməyi bacarıblar.

 

Üçüncü hissə daha gərgin alınıb. Gah “Telekom”, gah da “Modena” hesabda önə keçib. Lakin setin sonlarında Bakı təmsilçisinin səhvləri qonaqları yenidən hesabda irəli çıxarıb.

 

Dördüncü hissə isə sonuncu olub. Komandamız ilk 3 turu qələbə ilə başa vuran “Modena”nın uğurlu seriyasına son qoya bilməyib. İtaliyalılar doğma divarlar arasında olduğu kimi bu dəfə də təmsilçimizdən 3 xal alıb.

 

Məğlubiyyət “Telekom”un pley-off istəyinin üstündən xətt çəkib. Buna komandamızın bu dəfə də aktivinə xal yazdıra bilməməsi səbəb olub. Mövsümdə ilk setini bu gün qazanan vitse-çempionun

növbəti 2 turda qələbə qazansa belə mərhələ adlaya bilməyəcək. Çünki “Konegliano” – “Ximik” duelində ev sahibləri 1 hissədə üstün olacaqları halda bakılılardan irəlidə olacaqlar. “Ximik”in 3 xallıq qələbəsi isə onları Zoran Qayiçin yetirmələrindən üstün edəcək.

 

Çempionlar Liqası

 

A qrupu

8 fevral

IV tur

“Telekom” (Azərbaycan) – “Modena” (İtaliya) - 1:3 (20:25, 25:23, 23:25, 22:25)

Hakimlər: Stefan Qrieder (İsveçrə), Tudor Pop (Rumıniya)

Bakı. “Sərhədçi” İdman Olimpiya Mərkəzi

 

1.

Modena (İtaliya)

4

4

0

12-4

384-347

11

2.

Konegliano (İtaliya)

3

2

1

8-5

283-268

6

3.

Ximik (Polşa)

3

1

2

6-6

254-248

4

4.

Telekom (Azərbaycan)

4

0

4

1-12

272-330

0

0