[b]Azərbaycanlı qapıçıların Buffonla Kurtuadan fərqi[/b]
10.02.2017 - 12:04
[b]Azərbaycanlı qapıçıların Buffonla Kurtuadan fərqi[/b]

Avropada tanınmış futbolçu qardaş və bacıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi siyahıya avrokuboklar səviyyəsində oynamağa nail olan ailə üzvləri başlıq edir.

 

Çexiyalı Netsidlər hamıya yaxşı tanışdı. Tomaş “Bursaspor”u “Legiya”ya dəyişibsə, Simona neçə vaxtdı “Slaviya”nın şərəfini qoruyur.

 

İtaliyalı Qabbiadinilər isə artıq avrokubokların daimi iştirakçısını çevrilib. Marko “Napoli”də, Manola isə “Verona”dakı uğurlu çıxışı ilə ailəsini sevindirir.

 

Belçikalı Nainqolanlar isə həm yığma həm “Roma”da eyni məqsədə xidmət edirlər. Radja və Riananı fərqləndirən özəllikləri isə əkiz olmalarındadı.

 

Həm bacı, həm qardaşın beynəlxalq arenada parladığı üç cütlükdən başqa Eniola və Sone Aluko, Andrea və Nikola Qavriç, Anna və Yannik Gerhardt, Lisa və Lukas Klostermann, Çiara və Luis Şaub, Mark və Marta Torrexon da UEFA-nın yazısında yer alıblar.

 

Həmçinin bəzi məşhur futbolçuların bacılarının başqa idman növündə parlaması da diqqətdən yayınmayıb. Canluici Buffonun bacıları Qvendolina və Veronika, Tibo Kurtuanun bacısı Valeriya voleybolda kifayət qədər uğur qazanıb.

 

Artyom Milevskinin bacısı Kseniya tennisdə müəyyən uğurlar qazanmağa nüvəffəq olub. Qari və Fil Nevill qardaşlarının bacısı Treysi isə netbol yığmasında oynayan baş məşqçidi. Nikola Vlasiçin bacısı Bianka isə hündürlüyə tullanmada olimpiya medalı da qazanıb.

 

Azərbaycan futbolunda da bacı və qardaşlar olub. Onlar arasında ən tanınmışları Quliyevlərdi. Qapıçı Ruslan bir sıra klublarda, həmçinin müxtəlif yığmalarda da çıxış edibsə, İradə “Gömrükçü” və millinin kapitanı kimi tanınıb. Onların hər ikisi hazırda yığmalarda məşqçi kimi fəaliyyət göstərir.

 

Maraqlıdı ki, digər futbolçu cütlüyündə də qardaş qapıçıdı. Əsasən MOİK-dən tanıdığımız, sonra bir sıra digər klublarda da çıxış edən Anarın bacısı Tamilla da “Gömrükçü” və millinin əsas simalarından olub.

0