Berti Foqts məşqçilik karyerasında ən böyük hesablı məğlubiyyəti Almaniya yığmasından alıb
01.04.2008 - 12:07
Berti Foqts məşqçilik karyerasında ən böyük hesablı məğlubiyyəti Almaniya yığmasından alıb
Bunlar Avropa çempionatı və beynəlxalq yoldaşlıq görüşləri səviyyəsində olub. 62 yaşlı almaniyalı mütəxəssis Rusiyanın varisi sayıldığı SSRİ və MDB yığması ilə görüşləri də nəzərə alsaq, hazırkı rəqiblərimizlə 14 oyun keçirib. Bu matçların 10-u B.Foqtsun 1990-1998-ci illərdə sükanı arxasında olduğu Almaniya yığmasına təsadüf edib. O, 12 il öncə İngiltərədə keçirilən final mərhələsində almanları Avropa çempionu edərkən, qrupda Rusiya üzərində böyük hesablı qələbə (3:0) qazanıb. B.Foqts qarşıdakı seçmə mərhələnin açılış oyununda görüşəcəyi Uelslə ən çox görüşüb və tsikldə qələbə qazanmaqla yanaşı, hər dəfə mütləq xal itkisinə məruz qalıb. Almaniyalı mütəxəssis rəqiblərimizlə qalan 4 görüşü Küveyt və Şotlandiya yığmalarının baş məşqçi postunda keçirib. Bu zaman Almaniya ilə görüşən B.Foqts həmyerliləri üzərində qələbə qazana bilməyib. O, 2001-2002-ci illərdə çalışdırdığı Küveytlə almaniyalılardan aldığı yenilgi (0:7) məşqçilik karyerasında ən böyük hesablı məğlubiyyətdir. Milli komandamızın qarşıdakı seçmə mərhələdə Bakıda ilk oyununu keçirəcəyi Lixtenşteyn tarixində ən böyük hesablı məğlubiyyətlərdən (1:9) birini B.Foqtsun rəhbərlik etdiyi Almaniya yığmasından alıb. 2002-2004-cü illərdə Şotlandiyaya rəhbərlik edən B.Foqtsun yenidən Avropa çempionatının final mərhələsinə çıxmasına çempion etdiyi həmvətənləri imkan verməyib. Almaniyalı milli komandamızın sükanı arxasına gələnədək son 13 ayda Nigeriya yığması ilə rəqiblərimizlə yoxlama oyunlarında da görüşməyib.
Qeyd edək ki, yığmamızın yeni çalışdırıcısı rəqiblərimizlə 14 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 4 dəfə uduzub. Topların fərqindəki (25-21) balans da B.Foqtsun xeyrinədir.

27.03.1991. Almaniya - SSRİ – 2:1 (Beynəlxalq yoldaşlıq görüşü)
05.06.1991. Uels – Almaniya – 1:0 (1992-ci il Avropa çempionatının seçmə mərhələ oyunu)
16.10.1991. Almaniya – Uels – 4:1 (1992-ci il Avropa çempionatının seçmə mərhələ oyunu)
12.06.1992. Almaniya – MDB – 1:1 (1992-ci il Avropa çempionatının final mərhələsinin oyunu)
07.09.1994. Rusiya – Almaniya – 0:1 (Beynəlxalq yoldaşlıq görüşü)
26.04.1995. Almaniya – Uels – 1:1 (1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu)
11.10.1995. Uels – Almaniya – 1:2 (1996-cı il Avropa çempionatının seçmə mərhələ oyunu)
04.06.1996. Almaniya – Lixtenşteyn – 9:1 (Beynəlxalq yoldaşlıq görüşü)
16.06.1996. Rusiya – Almaniya – 0:3 (1996-cı il Avropa çempionatının final mərhələsinin oyunu)
27.05.1998. Finlandiya – Almaniya – 0:0 (Beynəlxalq yoldaşlıq görüşü)
05.09.2002. Almaniya – Küveyt – 7:0 (Beynəlxalq yoldaşlıq görüşü)
07.06.2003. Şotlandiya – Almaniya – 1:1 (2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu)
10.09.2003. Almaniya – Şotlandiya – 2:1 (2004-cü il Avropa çempionatının seçmə mərhələ oyunu)
18.02.2004. Uels – Şotlandiya – 4:0 (Beynəlxalq yoldaşlıq görüşü)





0