[b]Bir tur, iki cəzalı[/b]
20.02.2017 - 10:15
[b]Bir tur, iki cəzalı[/b]

Azərbaycan Premyer Liqasının XIX turu 2 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Anar Nəzirov və Slavik Alxasov XX turu buraxmalı olacaq.

 

Sonuncunun “Qarabağ”la görüşdə oynamamağına səbəb sarı vərəqə limitini doldurmasıdı. Mövsümdə 4-cü dəfə xəbərdarlıq alan Alxasov “Zirə” ilə matçdakı cəzanın əziyyətini çəkəcək.

 

Elə həmin qarşılaşmada qırmızı vərəqə alan Nəzirov da turu buraxacaq. O, “Sumqayıt”la ev oyununda komandasına kömək edə bilməyəcək.

 

0