[b]Futbolçumuz Yunanıstanda “fərqləndi”[/b]
21.02.2017 - 09:23
[b]Futbolçumuz Yunanıstanda “fərqləndi”[/b]

Azərbaycanlı futbolçu Amit Quluzadə Yunanıstan çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, onun formasını geyindiyi AEL XXI turda “Levadiakos”u qəbul edib.

 

Matça ehtiyat oyunçular skamyasından başlayan Amit 54-cü dəqiqədə komanda yoldaşı Dieqo Reyesi əvəz edib. Həmyerlimiz 89-cu dəqiqədə sarı vərəqə almaqla diqqət çəkib. AEL-in 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada baş hakim hər iki komandanın 5 oyunçusuna sarı, 1 futbolçusuna isə qırmızı vərəqə göstərib.

 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran AEL turnir cədvəlində 12-ci pilləyə yüksəlib və təhlükəli zonadan bir qədər uzaqlaşıb.

0