[b]“Neftçi”nin axtarışları, “İnter” sabitliyi[/b]
21.02.2017 - 16:27
[b]“Neftçi”nin axtarışları, “İnter” sabitliyi[/b]

Azərbaycan Premyer Liqasının arxada qalan 19 turuna “İnter” hamıdan az futbolçuya güvənib. Apasport.az saytının məlumatına görə, qış fasiləsində oyunçu transfer edə bilməyən paytaxt klubu çempionatın təxminən 2/3 hissəsini 21 futbolçu ilə keçib.

 

“İnter” kimi, “Kəpəz”lə “Sumqayıt” da heyətin sabitliyi ilə fərqlənir. Bu iki komanda mövsüm ərzində 23 oyunçudan yararlanıb.

 

“Zirə” və “Qarabağ”da da bu yöndə orta vəziyyətdi. Ağdamlılar 25, paytaxt təmsilçisi 24 futbolçuya güvənib. Baxmayaraq ki, sonuncular qış fasiləsində baş məşqçisini də dəyişib.

“Neftçi” isə 19 turda rekord sayda 34 oyunçudan istifadə edib

Çempionatın lideri “Qəbələ” 27 futbolçu ilə bu nəticəyə nail olub. Çempionatın autsayderi AZAL da bu sarıdan fərqlənib. Bakılılar mövsümün gedişində 28 “təyyarəçi”yə bel bağlayıb.

 

“Neftçi” isə 19 turda rekord sayda 34 oyunçudan istifadə edib. Buna mövsümün gedişində baş məşqçi dəyişikliyi və qış fasiləsindəki ciddi dəyişikliklər səbəb olub. Mövsümün ilk yarısını bərbad keçirən “ağ-qaralar”ın heyətini yeniləməsi 34 oyunçudan yararlanmaqla nəticələnib.

 

0