[b]Prosineçki Nizami Hacıyevin qələmini sındırdı[/b]
22.02.2017 - 15:51
[b]Prosineçki Nizami Hacıyevin qələmini sındırdı[/b]

Azərbaycan millisinin martın 9-da Qətərlə keçirəcəyi yoldaşlıq görüşü üçün heyətində dəyişiklik olacaq. Apasport.az saytı xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Robert Prosineçki deyib.

 

“CBC Sport” telekanalına açıqlamasında 2 debütanta dəvət göndərəcəyini vurğulayan xorvatiyalı mütəxəssis “İnter”in kapitanı Nizami Hacıyevin məsələsinə də son nöqtəni qoyub.

 

Prosineçki yığmada oynamağa can atan və çağırılmadığı üçün dəfələrlə baş məşqçini tənqid edən 29 yaşlı yarımmüdafiəçiyə növbəti dəfə ehtiyac duymadığını bildirib. Çalışdırıcı qısa açıqlamasında Hacıyevin milli yolunun bağlı olduğunu yenidən diqqətə çatdırıb: “Nizami Hacıyev yaxşı oyunçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.

 

Qeyd edək ki, karyerası ərzində Azərbaycan millisinin heyətində 3 oyun keçirib, 1 qola imza atıb.

0