[b]Lider Gəncə səfərində, “Qarabağ”ın çətin sınağı[/b]
26.02.2017 - 10:00
[b]Lider Gəncə səfərində, “Qarabağ”ın çətin sınağı[/b]

Sabah Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, tur iki gün davam edəcək.

 

İlk oyun günü paytaxt derbisi ilə başlayacaq. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Neftçi” və AZAL sonuncuların meydanında qarşılaşacaq. Qış fasiləsində güclənən “ağ-qaralar” son günlərdə transferlərlə diqqətləri cəlb edən “təyyarəçilər”i xalsız qoymağa çalışacaq. Tərlan Əhmədovun yetirmələri 5 oyunluq məğlubiyyət seriyasına son qoysa, “Kəpəz”lə xal fərqini azaldacaq. Elxan Abdullayevin komandası isə mövqeyini qorumaq üçün qalib gəlməlidi.

 

Çünki “Neftçi”nin irəliləməsi hələ mümkün deyil. Əvəzində “Sumqayıt”la “Zirə”nin oyununun nəticəsi “ağ-qaralar”la 5-ci yer arasında fərqi azalda bilər. Turnir cədvəlinin qonşuları isə Zirədə üz-üzə gələcəklər. İlk iki dövrədə rəqibinə xal verməyən Samir Abasovun yetirmələri 4-cü yeri qorumaq üçün xal əldə etməlidi. Ayxan Abbasovun komandası isə qələbə ilə irəliləmək imkanına malikdi.

 

İkinci oyun günü liderin matçı ilə başlayacaq. “Qəbələ” Gəncədə “Kəpəz”in qonağı olacaq. Roman Qriqorçukun yetirmələri ilk iki matçda məğlub etdiyi rəqiblə görüşün favoritidi. Amma çətin səfər sınağı “qırmızı-qaralar”a liderlik bahasına başa gələ bilər. Bu səbəbdən qəbələlilər mütləq qalib gəlməlidi. “Kəpəz” isə 6 oyunluq qələbə həsrətinə son qoymağı, ən azı 1 xal əldə etməyi düşünür. Şahin Diniyev hər dəfə üzləşdiyi istefa məsələsi ilə qarşı-qarşıya qoymamaq üçün yetirmələri lideri büdrətməlidi.

 

Tura Suraxanıda yekun vurulacaq. Mərkəzi oyunda ilk “üçlük”də qərarlaşan “Qarabağ”la “İnter” üz-üzə gələcək. Ötən mövsümün mükafatçılarının ilk iki duelində qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməlidi. “Qəbələ”yə məğlubiyyəti unutdurmaq üçün ağdamlılara 3 xal lazımdı. Bu, ən azı liderlə xal fərqini qoruyacaq. Gəncədəki oyunun nəticəsi “Qarabağ”ın irəliləməsinə də səbəb ola bilər. “İnter” isə avrokuboklara doğru növbəti addımını çempionu büdrətməklə atacaq. Zaur Svanadzenin yetirmələri qalib gəlsə, bürüncdən artığını qazanmaq gücündə olduğunu da göstərəcək. Bakılılar məğlub olsa, 4-cü yerlə xal fərqi bir az da “ərimiş” olacaq.

 

Azərbaycan Premyer Liqası

XX tur
27 fevral (bazar ertəsi)


15:30. AZAL – “Neftçi”
Mövsümün ilk iki oyunu: 0:2, 1:0

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev

AZAL Arena

18:00. “Zirə” – “Sumqayıt”
Mövsümün ilk iki oyunu: 0:1, 0:1

Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov

Zirə İdman Kompleksinin stadionu

28 fevral (çərşənbə axşamı)

15:00. “Kəpəz” – “Qəbələ”
Mövsümün ilk iki oyunu: 0:2, 1:2

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov 

Gəncə şəhər stadionu

 

18:00. “Qarabağ” – “İnter”
Mövsümün ilk iki oyunu: 1:2, 0:0

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov

“Azərsun Arena”
 

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.

0