[b]“Bakı klubları Rusiya çempionatını gücləndirməyə ən yaxşı namizədlərdi”[/b]
28.02.2017 - 14:14
[b]“Bakı klubları Rusiya çempionatını gücləndirməyə ən yaxşı namizədlərdi”[/b]

“Bu 3 klub – “Volero”, “Azərreyl” və “Telekom” Rusiya çempionatını gücləndirməyə ən yaxşı namizədlərdi. Onlar Superliqanı daha baxımlı və azarkeşlər arasında daha populyar edəcəklər”. Apasport.az saytının məlumatına görə, bunu Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyev deyib.

 

O, Bakının “Azərreyl” və “Telekom”, həmçinin İsveçrənin “Volero” klublarının Rusiya çempionatında iştirakını növbəti dəfə gündəmə gətirib. Mütəxəssis bildirib ki, bu komandaların Superliqaya cəlb olunması aparıcı klublar ilə rəqabət də yaradacaq: “Klublar, oyunlar, həmçinin məşqçilərin özləri də məhz rəqabət vaxtı inkişaf edirlər. Bu da voleybolun Rusiyada inkişafına müəyyən təkan verəcək”.

 

Fadeyev bir neçə mütəxəssisin klubların daha çox xərcə düşəcəyi ilə bağlı açıqlamalarına da münasibət bildirib: “Bunun o qədər çox maliyyə tələb edəcəyini düşünmürəm. Klublar komandaların səfərlərə getməsindən çox başqa yerlərə pul xərcləyir. Bu ona dəyər ki, rusiyalı azarkeşlər evdə “Volero”, “Telekom”, “Azərreyl” kimi səviyyəli komandaları izləsinlər”. 

0