[b]“Qarabağ”dan nümunəvi addım - FOTO[/b]
28.02.2017 - 18:14
[b]“Qarabağ”dan nümunəvi addım - FOTO[/b]

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XX turunun “İnter”lə oyunundan əvvəl meydana pankartla çıxıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi fevralın 24-dən 25-nə keçən gecə Qarabağda şəhid olan soydaşlarımızı yad edib.

 

Əyalət klubu üzərində “Hər damla qanınızdır Azərbaycan” yazılan pankartla meydana daxil olub. Böyük hərflərlə yazılan bu sözlərin altında şəhid olan 6 hərbçimizin ad-soyadı əksini tapıb.

0