[b]Yığmamızın gücü “Zaza 2”yə çatdı[/b]
16.03.2017 - 15:52
[b]Yığmamızın gücü “Zaza 2”yə çatdı[/b]

Basketbol üzrə Azərbaycan millisi (U-16) Gürcüstan birinciliyində növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, qonşu ölkə çempionatında “Bakı” adı altında oynayan oğlanlardan ibarət komandamız III dövrənin son 3 matçından ikisində məğlubiyyətə üzülüb.

 

Belə ki, “Zaza 1”ə 51:76 hesabı ilə uduzan Samit Nuruzadənin rəhbərlik etdiyi yığma “Suxumi” ilə də bacarmayıb – 74:75. Komandamızın gücü “Zaza 2”yə çatıb. Onlar bu klubunun ikinci heyətinə 56:45 hesabı ilə qalib gəliblər.

 

Beləliklə, yığmamız U-18-lər arasında keçirdiyi 17 matçdan cəmi 6-da qələbə qazanıb.

 

0