[b]Renat Dadaşov müəmması: Sənəd problemi, yoxsa...?[/b]
26.03.2017 - 18:55
[b]Renat Dadaşov müəmması: Sənəd problemi, yoxsa...?[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Robert Prosineçki dünən mətbuat konfransında start heyətini elan etmişdi.

 

Artıq UEFA-nın rəsmi saytında hər iki komandanın “ilk 11-liyi” rəsmən açıqlanıb.

 

Maraqlıdır ki, Almaniyanın aşağı yaş qrupu millilərində çıxış etmiş və daha sonra Azərbaycan yığmasını seçən Renat Dadaşovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Dadaşovun matçda iştirakına əngəl olan amilin sənədlərində yaranmış problem, yoxsa fiziki formasının qeyri-qənaətbəxş olması haqqında dəqiq məlumat əldə etmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlasaq da, federasiya rəsmisi bununla bağlı bir məlumatının olmadığını bildirdi.

0