[b]Tomas Müller millimizlə qarşılaşma haqda[/b]
27.03.2017 - 10:38
[b]Tomas Müller millimizlə qarşılaşma haqda[/b]

“Azərbaycan yığmasına qarşı effektli oyun göstərdik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniya millisinin futbolçusu Tomas Müller deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olan Bundestim Bakıdan 4:1 hesablı qələbə ilə ayrılıb.

 

Ölkəsinin mətbuatına açıqlama verən Müller matçla bağlı danışıb. O, komandasının oyunundan razı qaldığını qeyd edib: “Qol vurmalı idik və çox keçmədi ki, bu imkanı əldə etdik. Lakin daha sonra qapımızdan top buraxdıq. Buna baxmayaraq, yenidən hesabda önə keçməyi bacardıq. Amma bu, yetərli deyildi. Oyunumuzdan məmnun qalmaq üçün növbəti qolları vurmalı idik. Bunun da öhdəsindən gəldik. 90 dəqiqə ərzində rəqibdən üstün oynadıq, meydanda dominantlıq etdik”.

 

Almaniya yığmasının digər üzvü Bernd Leno da görüşlə bağlı fikirlərini bildirib. “Bayer”in qapıçısı səhvlər buraxdıqlarını və növbəti qarşılaşmalarda daha diqqətli oynamalı olduqlarını vurğulayıb: “Sadə səhvlər buraxdıq. Bununla rəqibə qol vurmaq şansı yaratdıq. Buraxdığımız qol stadionu coşdurdu. Azərbaycan yığması öz oyununu göstərmək şansı qazandı. Daha güclü komandalarla görüşdə bu cür səhvlərə yol verməməliyik. Əks halda, bizim üçün pis nəticələnə bilər”.

 

Qeyd edək ki, 5 oyundan sonra 15 xal toplayan Almaniya yığması C qrupunun lideridi.

 

 

 

 

 

 

0