[b]“Təslim olmaq fikrində deyilik” – Odina Bayramova[/b]
05.04.2017 - 13:49
[b]“Təslim olmaq fikrində deyilik” – Odina Bayramova[/b]

“1/4 final mərhələsinə çıxmaqla komandamız tarixi uğura imza atdı. Cari mövsümə qədər “Firenze” bu mərhələyə qədər irəliləyə bilməyib”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib.

 

Yığmamızın kapitanının şərəfini qoruduğu İtaliya “Firenze”si İtaliya A seriyasında mübarizəni 1/4 finalda davam etdirəcək. Onlar pley-offda “Boltsano”ni yarışdan kənarlaşdırıblar. Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə danışan təcrübəli oyunçu bildirib ki, komandanın mərhələ adlamasında köməyi olduğu üçün şaddı: “İndi növbəti oyunlar haqqında fikirləşmək lazımdı. Pley-offda hər bir komandanın şansı var, favorit sayılmasa belə. Bizi güclü rəqib gözləsə də, təslim olmaq fikrində deyilik”.

 

Qeyd edək ki, “Firenze” 1/4 finalda “Konegliano” ilə üz-üzə gələcək. Matçlar aprelin 8-də və 17-də olacaq.

 

0