“Neftçi” – “İnter” oyununun vaxtı dəyişdirilib
07.04.2008 - 15:02
“Neftçi” – “İnter” oyununun vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan kuboku uğrunda ilk yarımfinal oyunlarının başlanma saatı müəyyənləşib. AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, aprelin 9-da keçiriləcək “Qəbələ” – “Xəzər-Lənkəran” matçı 16:00, “Neftçi” – “İnter” görüşü bundan iki saat sonra başlayacaq. M.Həsənov bildirib ki, apreldə oyunların saat 16:00-da başlanması nəzərdə tutulsa da, “Neftçi” - “İnter” görüşünün vaxtının dəyişdirilməsi meydan sahiblərinin müraciəti ilə bağlıdır.
0