[b]İslamiada: Türkiyə Bakıya gənclərlə gələcək[/b]
20.04.2017 - 09:14
[b]İslamiada: Türkiyə Bakıya gənclərlə gələcək[/b]

Qadın voleybolçulardan ibarət Türkiyə millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” Bakıya əsas heyətlə deyil, gənclərdən ibarət komanda ilə gələcəklər.

 

Belə ki, türklər paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün 14 oyunçuya dəvət göndəriblər. Bunlar Ada German, Nursevil Aydınlar (hər ikisi “Qalatasaray”), Arelya Karasoy, Melike Yılmaz, Rida Ərlaləlitəpə (hər üçü “Sarıyer Bld”), Hümay Topaloğlu, Bihter Dumanoğlu (hər ikisi “Beşiktaş”), Buse Melis Kaya, Janset Cemre (hər ikisi “Nilüfer Bld”), Gizem Mısra Aşçı (“Əczaçıbaşı”), Hande Naz Şimşək (Halkbank), Meliha İsmayıloğlu (“Fənərbaxça”), Mislina Kılıç və Su Zentdi (hər ikisi Bəylikdüzü Voleybol İxtisas Klubu).

 

Komanda əsas baş məşqçi Covanni Quidettinin rəhbərliyi altında oynamayacaq. Maraqlıdı ki, italiyalı mütəxəssisin çalışdırdığı “Vakıfbank”dan voleybolçu da çağırılmayıb. Türkiyə millisini ölkəmizə “Qalatasaray”ın köməkçi məşqçisi Cihan Çintay gətirəcək.

 

Komanda hazırlığa aprelin 24-dən başlayacaq.

 

Qeyd edək ki, mayın 12-22-də keçiriləcək İslamiadada Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan mübarizə aparacaq. 

0