[b]Millimizin baş məşqçisi: Vacib olan döyüşməkdi, uduzmaq yox - FOTO[/b]
05.05.2017 - 15:30
[b]Millimizin baş məşqçisi: Vacib olan döyüşməkdi, uduzmaq yox - FOTO[/b]

“İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşmışıq. Az öncə Afinada keçirilmiş beynəlxalq turnirdə demək olar ki, komandanı da “təmizlədik”. İslamiadaya 8 kişi, 4 qadın idmançı ilə qatılacağıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elnur Amanov deyib.

 

Gənc mütəxəssis Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlığı dəyərləndirib.

 

Yanvardan millinin “sükanı arxası”na keçən Amanov bildirib ki, komandanın məqsədi İsamiadada yalnız iştirak yox, uğurlu nəticə əldə etməkdi: “Xanım idmançılarımızın yarışda özlərini doğruldacaqlarına inanıram. Yeniyetmə, gənclər arasında yarışları xüsusi diqqətdə saxlayırıq. Bildiyiniz kimi, İslamiadada 8 qadın idmançı ilə təmsil olunmalı idik. Təəssüf ki, çox zəif olduqları üçün 4 idmançını bu turnirdən uzaqlaşdırdıq. Çünki bizim üçün vacib olan idmançının çıxıb orda döyüşməyidi, uduzmağı yox. İstəyirik ki, evdə idmançılarımız yaxşı nəticə əldə etsinlər. Tamaşaçılarımız qarşısında zəif döyüş keçirməsinlər. Bu il gənclərin də, yeniyetmələrin da önəmli yarışları var. Bu üzdən də onları dəvət etmədik. Gələcəkdə bunu diqqətdə saxlayacağıq”.

 

Kişilərdən ibarət əsas yığmanın sabiq böyük məşqçisi taekvondoçularımızın çıxışı ilə bağlı proqnoz da verib. Onun sözlərinə görə, əsas məqsədləri Bakı-2015-dən yaxşı nəticə göstərməkdi: “Avropa Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdıq. Hədəfimiz ən azı onu təkrarlamaq və ondan da yaxşı nəticə göstərməkdi”.

 

Qeyd edək ki, İslamiadada taekvondo yarışları mayın 16-18-də olacaq. 

0